39 rus hərbçisi fərarilik edərək, hərbi hissədən qaçıblar

39 rus hərbçisi fərarilik edərək, hərbi hissədən qaçıblar

Rusların işğal etdiyi Luqansk vilayətinin Lisiçansk şəhərində yerləşdirilən “Fırtına Z” dəstəsinin düşərgəsindən 39 nəfər keçmiş məhkum qaçıb.

Yerli “161.ru” nəşrinin məlumatına görə, qaçış mayın 24-də baş verib. Belə ki, qaçış zamanı bir nəzarətçi, qondarma “LPR Dövlət Təhlükəsizliyi Nazirliyi”nin əsgəri öldürülüb.

SİA-nın əldə etdiyi məlumata görə, silahla birgə qaçan məhbusların hazırda avtomobillərdə gizləndikləri deyilir.

Verilən məlumata görə, artıq Rusiya Federasiyasında fərarilərin axtarışına başlanılıb. Belə ki, Rostov vilayətinin təhlükəsizlik qüvvələri bu istiqamətə yönəldiliblər.

Xatırladaq ki, Ukraynadakı münaqişənin ilk vaxtlarında ruslar arasında fərarilik adi hala çevrilmişdi. Doğrudur, Rusiya hərbi rəhbərliyi bu istiqamətdə mübarizə aparıb, ordu sıralarında az da olsa nizam-intizamı bərpa edə bilmişdi. Amma 2022-ci ilin oktyabrından ehtiyatda olan hərbçilərin məcburi səfərbər olunmasından sonra problemlər daha da pisləşib.

Yeri gəlmişkən, bu arada Rusiya əsgərlərinin ciddi xəsarət almadan təslim olduqları üçün həbs olunacağı da onların nəzərlərinə çatdırılmaqdadır.

Belə ki, Rusiya Federasiyasının hərbçiləri əgər könüllü təslim olarsa, o cinayətkar sayılacaq.Rusiya Federasiyasının onu cinayətkar saymayacağının yeganə yolu, fiziki vəziyyətinə görə ondan yayına bilməməsidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə