Bu dəfə öz proqnozunu erməni Aşot,..yox, Vaqe verir.
Beləliklə, onun dediyinə görə, Nikol Paşinyan dövlətin məğlubiyyətinin texniki parametrlərini dərc edib. Onların aşkarlığı sayəsində danışıqların kölgə mərhələsinə son qoyan yeni vəziyyət yaranıb. Və texniki həllərin tətbiqindən sonra nə baş verəcək, hələ ki, bəlli deyil.
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, Alternativ Layihələr qrupunun həmtəsisçisi Vaqe Hovhannisyan bu barədə məqalə yazıb.
Vaqeyə görə, Nikol məzmunu heç vaxt deməyəcək. Bu, nə özünün, nə də vasitəçilərin maraqlarına uyğundur.
...Texniki həllərdən sonra Ermənistanın bir dövlət kimi sürətlə parçalanması başlayacaq. Azərbaycanın bu parçalanmanı dərin və dönməz hala gətirmək üçün çoxlu alətləri, texnoloji həlləri olacaq. İndi savadsız döyüşmək, düşüncəsiz hərəkət etmək olmaz. Konsolidasiya çağırışlarının vaxtı çatıb.
Bunu da erməni ekspert məqaləsində bəyan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB