Rusiya prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrovla bəzi ölkələrlə viza rejiminin sadələşdirilməsi, eləcə də vizaların ləğvi imkanlarını müzakirə edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Delovaya Rossiya” yayımlayıb.
Qeyd edək ki, görüş iştirakçılardan biri dost ölkələrdən olan investorların Rusiya Federasiyasında qalmasını asanlaşdırmaq üçün bir sıra tədbirlər təklif edib.
Yeri gəlmişkən bir müddət bundan əvvəl bəzi rus saytları Moskvanın İslam dünyası ölkələri ilə viza rejiminin ləğvi üzərində fəal işlədiyi barədə xəbər vermişdilər.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini və ölkə başçısının Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi Mixail Boqdanovun sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr bu gün prioritet iş sahələridir. Rusiyalı rəsmiyə görə, bunu həm ərəb, həm də bir çox Afrika dövlətlərinə şamil etmək olar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB