Rusiya işğal etdiyi əraziləri özündə saxlamaqla...atəşkəs tələb edilməlidir

Rusiya işğal etdiyi əraziləri özündə saxlamaqla...atəşkəs tələb edilməlidir

...Çinin xüsusi nümayəndəsi Li Hui Ukraynadakı münaqişəyə son qoymağa və işğal olunmuş ərazilərin Rusiyanın tərkibində saxlanmasına çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Wall Street Journal” əldə etdiyi mənbələrə istinadən yazıb.

Beləliklə, nəşrin məlumatına görə, Çinin xüsusi nümayəndəsi Avropaya səfəri çərçivəsində “ABŞ-ın Avropadakı müttəfiqləri öz muxtariyyətlərini müdafiə etməli və Rusiyanın hazırda işğal etdiyi əraziləri özündə saxlamaqla dərhal atəşkəs tələb edilməlidir” mesajını verib.

Li Hui, həmçinin, Avropaya Çini ABŞ-a iqtisadi alternativ kimi nəzərdən keçirməyi təklif edib. Eyni zamanda, o, münaqişəyə son qoymaq və onun genişlənməsinin qarşısını almaq üçün tez hərəkət etməyə çağırıb.

Maraqlıdır ki, “The Wall Street Journal” məlumatına görə, Avropa İttifaqı nümayəndələri açıq şəkildə Avropanın münaqişənin dondurulmasını dəstəkləmədiyini və Kiyevi dəstəkləməkdən imtina etməyəcəklərini bildiriblər.

Bundan əvvəl Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huinin Rusiya, Ukrayna, Polşa, Almaniya və Fransaya səfər edəcəyi bildirilirdi. Bu ölkələrin hər biri ilə o, Ukrayna böhranının siyasi həllini müzakirə etmək niyyətindədir.

Yeri gəlmişkən, Kreml də Rusiyanın Ukraynadakı münaqişənin dondurulmasının əleyhinə olduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə