Yardım karvanına hücum edilib

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı yardım karvanına edilən hücuma görə Cənubi Sudanda humanitar yardım əməliyyatlarını dayandırıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında mayın 23-də Ümumdünya Ərzaq Proqramının yardım karvanına hücum edildiyini bildirib.

Hücumun motosiklet qrupu tərəfindən həyata keçirildiyi barədə məlumatı paylaşan Dujarrik hücum nəticəsində 100 növ ərzaq növü daşıyan yardım karvanının Cənubi Sudandakı Birləşmiş Millətlər Təşkilatı şəhərciyinin talan edildiyini bildirib.

Hücum nəticəsində 7 ton yeməyin talan edildiyini qeyd edən Dujarrik Ümumdünya Ərzaq Proqramının bu il üçüncü dəfə hücuma məruz qaldığını bildirib.

"ÜƏP-nin bu bölgədəki əməliyyatları dayandırmaqdan başqa çarəsi yoxdur" deyə Dujarrik qeyd edib.

Sözügedən vəziyyətin 1 milyondan çox insana təsir edəcəyini vurğulayan Dujarrik cari il Cənubi Sudan əhalisinin 76 faizinin humanitar yardıma ehtiyac duyacağının təxmin edildiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə