Təbii ki, Rusiya özünün nüvə silahlarını Belarusa ötürməyə başlaması artıq elə də yenilik deyil.
Qeyd edək ki, Minsk əməlinə, yəni başqa ölkənin nüvə silahlarını öz ərazisində yerləşdirdiyinə görə, özünə haqq qazandırmaq üçün əsas da göstərir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Belarusun müdafiə naziri Viktor Xrenin qeyri-strateji nüvə silahlarının yerləşdirilməsi zərurətini guya Budapeşt Memorandumuna əməl edilməməsi və qonşu ölkələrin Belarus və Rusiyaya qarşı qeyri-dost siyasəti ilə izah edib.
Qeyd edək ki, onun rusiyalı həmkarı Sergey Şoyqu da öz növbəsində nüvə arsenalının Belarus ərazisində yerləşdirilməsini bu silahların Minskə verilməsi kimi başa düşməməyə çağırıb. Belə ki, silahlar Belarus ərazisində yerləşdirilsə də, amma bu silahlara nəzarət və istifadəyə dair qərar ancaq Moskvaya aiddir.
Amma maraqlıdır ki, bir müddət bundan əvvəl Lukaşenko başqa şey deyirdiş
Belə ki, martın sonlarında Belarus rəhbəri, “... əgər Rusiya nüvə silahı yerləşdirsə, o zaman Minsk onları idarə edəcək” deyirdi.
Yeri gəlmişkən, Vladimir Putin ilk dəfə olaraq martın 25-də Belarusda Rusiya nüvə silahının yerləşdirildiyini bəyan etmişdi.
Onu da qeyd edək ki, silahları yerləşdirmək üçün anbar iyulun 1-nə qədər hazır olmalıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB