Latviya Rusiyadan enerjisi ticarətinə qadağa qoyacaq

Latviyada Rusiya Federasiyası ilə enerjisi ticarətinə qadağa qanuni olaraq təsbit edildi elektrik

Latviya Seymi elektrik enerjisi bazarı haqqında qanuna Rusiya və Belarusla elektrik enerjisi ticarəti əməliyyatlarına qadağa qoyulmasını nəzərdə tutan düzəlişləri dəstəkləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İnterfaks” xəbər verir.

Dəyişikliklər həmçinin Rusiya və Belarusun enerji sistemlərindən istifadə etməklə ticarət üçün elektrik enerjisinin tədarükünə qadağa qoyulmasını nəzərdə tutur. Qanun layihəsi Rusiyada qeydiyyatdan keçmiş bir sıra şirkətlərlə gələcək maliyyə əməkdaşlığına mane olan beynəlxalq sanksiyalara uyğun olaraq hazırlanıb.

Qeyd edək ki, Latviyanın ötürücü sistemində elektrik enerjisi təchizatının təhlükəsizliyini, balansını və dayanıqlığını təmin etmək məqsədilə, Avropa elektrik şəbəkələri ilə sinxronizasiya olunana qədər, ötürücü sistem operatoruna balanslaşdırılmış elektrik enerjisini Rusiyanın ötürücü sistem operatoru və ya Rusiyadan olan treyderlə balanslaşdırılmış elektrik enerjisi mübadiləsinə icazə veriləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə