Valeri Zalujnı ölməyib, heç yaralı da deyil!

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının ölümü və ya yaralanması ilə bağlı iki həftəyə yaxındır ki, IPSO-nu (informasiya-psixoloji xüsusi əməliyyat mənasını verən abbreviaturadır-A.B.) dağıdan rus “trolları” generalla bağlı yeni saxta foto və videolar yayımlayırlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu dəfə Solovyovun təbliğatçısı Karnauxov öldürüldüyü iddia edilən Zalujnının fotosunu dərc edib.

Lakin sonradan bunun sinəsinə Georgi lenti taxmış, elə rus ölülərinən biri olduğu meydana çıxıb.

Mayın 25-də Zalujninin kabinetində oturarkən ukraynalıları salamladığı yeni videonun dərcindən sonra ruslar özlərinə haqq qazandıraraq, ukraynalı generalın hələ də “öldürülmədiyini” “doldurmağa” başladılar...yəni bu dəfə onun yaralandığını iddia etməyə başlayıblar.

Qeyd edək ki, son bir neçə həftə ərzində “Priqojinin trolları” Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının guya ölümü ilə bağlı saxta xəbərləri fəal şəkildə yayıblar. Generalın cəbhədəki çətin vəziyyətə görə NATO-nun hərbi komitəsi ilə görüşü buraxmaq məcburiyyətində qalacağı bildiriləndən sonra düşmən İPSO-ya başlayıb.

Bu arada Müdafiə nazirinin müavini Anna Malyar rusların daha bir cəfəngiyyatını təkzib edərək qeyd edib ki, bu cür mesajlar “yalançı başlanğıc” ola bilər: “Onlar artıq nəyisə düşünəndə artıq müəyyən məqsədləri var və sadəcə olaraq, nəticələri əvvəlcədən xəbər verirlər.

Yeri gəlmişkən, 25 may 2023-cü ildə Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Ştefan Telegram-da Zalujni ilə video yayımladı. Videoda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı ukraynalılara təşəkkür edir və Ukraynanın qalib gələcəyini qeyd edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə