Ərdoğan Qərb mediasını yalan və saxtakarlıqda ittiham edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qərbdə onu pisləyənlər onun seçkilərdə qalib gəlməsinin qarşısını almaq üçün beynəlxalq mediadan istifadə edərək yalan məlumatlar yaydıqlarını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İnterfaks” “Hürriyet”ə istinadən xəbər verir.

“Beynəlxalq mətbuatda bizə qarşı məkrli psixoloji hiylələrdən istifadə olunurdu. Bu, yalan və saxtakarlıq idi, sonra Türkiyə müxalifəti bunu təkrarladı”, - Türkiyə lideri bildirib.

Qeyd edək ki, “Qərb qrupları” deyən Türkiyə prezidenti bu cür hərəkətlərin arxasında konkret kimin dayandığını açıqlamayıb.

Prezident əlavə edib ki, mayın 14-də keçirilən seçkilərin birinci turu “Türkiyə demokratiyasının gücünü” nümayiş etdirdi. Onun sözlərinə görə, Türkiyədə seçki prosesinin necə getməsi Türkiyəni diktaturada ittiham edənlərə sərt cavabdır.

“Biz göstərdik ki, Türkiyədə diktatura ilə bağlı bəyanatlar tamamilə cəfəngiyyatdır”, - deyə Ərdoğan bildirib.

Xtırladaq ki, Türkiyədə Prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə