İstanbulda, ticarət mərkəzində güclü yanğın başlayıb

İstanbulun şimalında yerləşən İstinye Park ticarət mərkəzində güclü yanğın başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, xəbəri DHA agentliyi yayıb.

Hadisənin səbəbi hələ müəyyən edilməsə də, alovun mənbəyinin binanın içərisində olmadığı məlum olub. Hadisə şahidlərinin yaydığı kadrlarda yanğının binanın böyük bir hissəsini əhatə etdiyi görünür. Ticarət mərkəzinin üzərindən qalın tüstü, hündür narıncı alovlar görünür.

Yanğının söndürülməsi üçün əraziyə çoxlu sayda yanğınsöndürənlər cəlb olunub. Hadisənin baş vermə şəraiti və təfərrüatları dəqiqləşdirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə