Yaponiyanın Nagano prefekturasında naməlum şəxsin hücumu nəticəsində bir qadın və 2 polis əməkdaşı ölüb, yaralılar var.
SİA-nın əldə etdiyi məlumata görə, hadisə prefekturanın Nakano şəhərində axşamüstü baş verib. Ov tüfəngi ilə silahlanmış şəxs əvvəlcə qadına hücum edərək, onu bıçaqlayıb, hadisə yerinə gələn polis əməkdaşlarına isə atəş açıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin tanınmamaq üçün maska və eynək taxdığı bildirilir.
Hadisə yerinə xeyli sayda polis əməkdaşı cəlb olunub, şübhəli şəxsin tapılması üçün əməliyyat aparılır. Güman olunur ki, o, yerli məclisin iqamətgahında gizlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə