Lukaşenko irəliləyiş ləng gedir deyir, amma Putin...

Lukaşenko irəliləyiş ləng gedir deyir, amma Putin...

Avrasiya İqtisadi Birliyinin daxili gündəliyindəki bir sıra mühüm məsələlərdə irəliləyiş mürəkkəb və açıq şəkildə ləng gedir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə mayın 25-də Ali Avrasiya İqtisadi Şurasının iclasında Belarus prezidenti Aleksandr Lukaşenko məlumat verib.

Siyasətçinin sözlərinə görə, burada söhbət ilk növbədə qaz, neft və neft məhsullarının ümumi bazarlarının formalaşdırılmasından gedir.

Maraqlıdır ki, Lukaşenko sadaladıqlarını birlik iqtisadiyyatları üçün əsas olan fəaliyyət sahələri kimi təqdim edir, Onun dediyinə görə, bunların sanksiyalar fonunda aktuallığı daha da artıb.

Amma, Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyində əməkdaşlığın çox uğurla inkişaf etdiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə