Meksikada toz fırtınası olub

Meksikada Popocatepetl vulkanının intensiv fəaliyyəti nəticəsində meydana gələn kül yağıntıları güclü küləklərin təsiri ilə toz fırtınasına səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, vulkanın şərqində yerləşən Puebla əyaləti kül yağıntılarından ən çox təsirlənən bölgələr arasındadır. Puebla şəhərlərində təsirli olan güclü küləklər nəticəsində toz fırtınası yaşanıb. Bəzi iş yerləri bağlanıb, fırtına gündəlik həyata öz mənfi təsirini göstərib. Toz fırtınası zamanı qeydə alınan görüntülərdə küçələri duman qatının bürüdüyü görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə