Avropa Komissiyasının Prezidenti İtaliyaya səfər edəcək

Avropa Komissiyasının Prezidenti İtaliyaya səfər edəcək

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen İtaliyaya səfər edəcək. SİA xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, Baş nazir Ciorcia Meloni mayın 25-də Ursula Fon der Lyayeni Bolonya şəhərində qarşılayacaq. C.Meloni və Ursula Fon der Lyayen İtaliyanın daşqınlardan zərər çəkmiş bölgələrini helikopterlə müşahidə edəcək və mətbuata birgə bəyanatla çıxış edəcəklər.

İtaliyanın Baş naziri daha sonra təbii fəlakət nəticəsində ziyan dəyən ərazilərdə fövqəladə halların idarə edilməsi ilə bağlı əlavə qərarların qəbul olunması üçün Romada Nazirlər Şurasının iclasına sədrlik edəcək.

Qeyd edək ki, İtaliya hökuməti Emilia-Romanya regionunda baş vermiş daşqınların fəsadlarının aradan qaldırılması üçün ilkin mərhələdə 2 milyard avro vəsait ayırıb. Avropa Komissiyasının da İtaliyaya dəstək üçün maliyyə yardımı ayırması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə