"Neytrallıq həll deyil" - Dmitri Kuleba

"Neytrallıq həll deyil" - Dmitri Kuleba

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Efiopiyaya səfəri zamanı Afrika ölkələrini Rusiyanın işğalı ilə bağlı neytral mövqelərindən əl çəkməyə çağırıb. SİA xəbər verir ki, bu barədə o, Əddis-Əbəbədə keçirdiyi mətbuat konfransında deyib.

“Biz afrikalı dostlarımızla danışırıq, onlara izah etməyə çalışırıq ki, neytrallıq həll deyil", - Kuleba bildirib.

"Mən bilirəm ki, Afrikada Rusiyaya rəğbət bəsləyən ölkələr və insanlar var, çünki onlar Rusiyanı bu ölkələrin Sovet İttifaqı dövründə aldıqları dəstək və Sovet İttifaqının Afrikanın dekolonizasiyasındakı rolu ilə əlaqələndirirlər", - Kuleba qeyd edib.

Nazir vurğulayıb ki, indiki Rusiya tamamilə fərqlidir. "Düşünürəm ki, bu gün Rusiyanın Afrikaya ən böyük real sərmayəsi "Vaqner" muzdlularıdır".

Fevral ayında Afrika İttifaqına üzv olan 54 ölkədən 22-si BMT Baş Assambleyasının Rusiyanın Ukraynadan qoşunlarını çıxarmasını tələb edən qətnaməsinə səs verməyib və ya bitərəf qalıb. Eritreya və Mali qətnamənin əleyhinə səs verib.

Bütün xəbərlər Facebook səhifəmizdə