Cozef Baydenə daha bir rəqib

Bu arada Florida qubernatoru Ron DeSantis də ABŞ prezident seçkilərində iştirak etmək qərarına gəlib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, onun namizəd irəli sürmək üzrə komitəsi artıq seçki komissiyasına ərizə təqdim edib.

Beləliklə, Respublikaçılar Partiyasının namizədi DeSantis prezidentliyə namizədliyini irəli sürür.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib. Bundan əvvəl Uoll Street maliyyəçiləri Florida qubernatorunun 2024-cü ildəki uğurundan narahat olduqlarını bildiriblər.

Ekspertlərin fikrincə, DeSantis “zəif variantdır”. Qeyd edək ki, Florida qubernatoru ABŞ-ın yarışa qatılcağı ehtimal olunan keçmiş prezident Donald Trampla yarışacaq.

Bundan əlavə, DeSantis 2024-cü il prezident seçkilərində iştirakını artıq elan etmiş ölkənin hazırkı lideri Cozef Baydenə də rəqibdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə