Aprel ayında İranda inflyasiya 69 faizə çatıb

Aprel ayında İranda inflyasiya 69 faizə çatıb

2023-cü ilin aprel ayında İranda inflyasiya səviyyəsi 69 faizə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın Mərkəzi Bankının sabiq sədri Əbdül Naser Hemməti “Twitter” hesabında bildirib.

Hemməti ölkə Prezidenti İbrahim Rəisiyə ünvanladığı paylaşımında belə yazıb: “Mərkəzi Bankın qiymət indeksinin dərc olunmuş cədvəlinə əsasən, 2023-cü ilin aprel ayında ölkədə inflyasiya səviyyəsi 69 faizə çatıb. 2021-ci il seçkisi zamanı hansı məlumat və təhlilə əsaslanaraq inflyasiyanı yarıya, sonra isə birrəqəmli səviyyəyə endirmək barədə qəti söz vermişdiniz?”

Bütün xəbərlər Facebook səhifəmizdə