Bu gün KTMT Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək

Bu gün KTMT Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək

Bu gün, mayın 25-də Minskdə Belarus hərbi idarəsinin rəisi, general-leytenant Viktor Xreninin sədrliyi ilə KTMT-nin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Gündəlikdə böhrana cavab sisteminin təkmilləşdirilməsi, həmçinin KTMT ölkələrinin regionlarında hərbi təhlükəsizliyə çağırış və təhdidlərin müzakirəsi ilə bağlı bir sıra məsələlər var.

Bundan əlavə, iclasda iştirak edənlər “KTMT-nin kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinə nəzarət orqanları və birləşmələri, hərbi-texniki əməkdaşlıq və digərləri”nin birgə hazırlığı üzrə sənədlərə baxacaqlar.

Bundan əlavə, KTMT ölkələrinin hərbi idarə rəhbərlərinin qarşılıqlı fəaliyyət və hərbi əməkdaşlıq məsələləri ilə bağlı bir sıra ikitərəfli görüşləri keçiriləcəyi də qeyd edilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə