Çin Avrasiya İqtisadi İttifaqının ən böyük tərəfdaşlarından biridir...

Çin Avrasiya İqtisadi İttifaqının ən böyük tərəfdaşlarından biridir...

Çin sədri Si Cinpin, Çin və Avrasiya İqtisadi İttifaqının əməkdaşlıq üçün böyük perspektiv və potensialı olduğunu deyib. Çin lideri bu barədə Moskvada keçirilən Avrasiya İqtisadi Forumunun plenar iclasının iştirakçılarına videomüraciətində bildirib.

Si Cinpinin sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı “açıqlıq ruhunda” artım və region dövlətləri arasında qarşılıqlı fayda nümayiş etdirir.
O, həmçinin qeyd edib ki, ittifaq qonşu ölkələr, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli mexanizmlərlə sıx müqavilələr axtarır.

“Yaxşı inkişaf dinamikası və əməkdaşlıq üçün böyük potensial var”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu bəyan edən Çin prezidenti əlavə edib ki, Avrasiya İqtisadi İttifaqı artıq nəzərəçarpacaq uğurlar əldə edib, lakin birgə inkişaf üçün məkanın yaradılması üzərində işi dayandırmır.

Çin Avrasiya İqtisadi İttifaqının ən böyük tərəfdaşlarından biri olduğunu deyən Cinpin, 2022-ci ildə tərəflər arasında ticarət dövriyyəsi üçdə birdən çox artdığını bildirib. Qeyd edək ki, ötən il bu rəqəm 243 milyard dolları keçib.

Pekinin Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığı gücləndirməkdə maraqlı olduğunu vurğulayan Çin sədrinin sözlərinə görə, Moskvaya səfəri zamanı o, Rusiya prezidenti Vladimir Putinlə bu sahədə əməkdaşlığa dair yeni razılaşmalar əldə etməyə nail olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə