Moskva yaxınlığındakı Jukovski aerodromunda Beynəlxalq Aviasiya və Kosmik Salon bu il baş tutmayacaq. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS mənbələrə istinadən yayıb.
Agentliyin yazdığına görə, tədbirin ləğvi ilə bağlı yekun qərar mayın 25-də veriləcək, lakin qeyd edilməlidir ki, uçuş proqramına hazırlıq artıq dayandırılıb.
Qeyd edək ki, XVI Beynəlxalq Aviasiya və Kosmik Salon 25-30 iyul tarixlərində baş tutmalı idi. Onu da bildirək ki, bu, təyyarə istehsalı və kosmik texnologiya sahəsində əsas Rusiya forumudur. Belə ki, bu forum 1993-cü ildən başlayaraq iki ildən bir keçirilir.
Onun keçirilməsində məqsəd Rusiyanın bu sahələrdə əldə etdiyi nailiyyətləri nümayiş etdirmək və xarici tərəfdaşlarla yeni müqavilələr bağlamaqdır. Salon çərçivəsində Rusiya və xarici akrobatika komandalarının iştirakı ilə aviaşoular keçirilir.
Yeri gəlmişkən tədbirin keçirilməsinin sual altında olduğunu “Kommersant” qəzeti də təsdiqləyib. Onun mənbələrinə görə, ləğv təhlükəsizliklə əlaqədardır. Salon 2024-cü ilə dəyişdiriləcək.
Xatırladaq ki, 9 May Qələbə Günü şərəfinə Moskvada hər il keçirilən hərbi parad bu il aviasiyanın iştirakı olmadan keçirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB