Bu arada ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker, Ukrayna Silahlı Qüvvələrinin gözlənilən əks hücumundan sonra Ukraynadakı münaqişə bitməyəcəyini deyib.
Volkerin ehtimalına görə, əks-hücum olacaq, lakin bununla hər şey bitməyəcək.
“...Ukrayna yenidən qurmalı, ordusunu gücləndirməli, iqtisadiyyatı gücləndirməli və uzun müddət müharibəni davam etdirməli olacaq. Siz də buna hazır olmalısınız”.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu deyən Kurt Volker həmçinin Kiyevin əks-hücumunun bu il Vaşinqtondan daha bir yardım axını gətirəcəyini bildirib.
“Gələn il bizdə (ABŞ-da) prezident seçkiləri var, ona görə də diqqətimizi öz işimizdən yayındıracağıq” – deyə diplomat bildirib.
Xatırladaq ki, Pentaqonun rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor belə hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumundan sonra Odessa və Xarkov da Rusiyanın tərkibinə daxil olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB