Şoyqu xəbərarlıq etdı: Ukrayna Belqorod təxribatını təkrarlasa...

Şoyqu xəbərarlıq etdı: Ukrayna Belqorod təxribatını təkrarlasa...

Rusiyanın müdafiə naziri Sergey Şoyqu kollegiyada Rusiya hərbçilərinin Belqorod vilayətinə hücum kimi hər hansı Ukrayna təxribatına sərt reaksiya verəcəyini açıqlayıb.

Amma belə görünür ki, indikinə yox, yəni belə bir hərəkətin təkrarlanacağı təqdirdə...

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri çərşənbə günü, mayın 24-də Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Şoyqu vurğulayıb ki, gələcəkdə ukraynalı yaraqlıların belə hərəkətləri olacağı təqdirdə, Rusiya operativ və son dərəcə sərt cavab verəcək. O, həmçinin bildirib ki, 70-dən çox ukraynalı terrorçu və onların zirehli texnikası məhv edilib.

“70-dən çox ukraynalı terrorçu, o cümlədən maşın və zirehli texnika məhv edilib. Biz ukraynalı yaraqlıların bu cür hərəkətlərinə operativ və son dərəcə sərt cavab verməyə davam edəcəyik”, - Şoyqu deyib bunu.

Rusiyanın müdafiə naziri qeyd edib ki, Belqorod vilayətində keçirilən antiterror əməliyyatı aviasiya, artilleriya və Qərb Hərbi Dairəsinin dövlət sərhədini əhatə edən bölmələrin birgə fəaliyyəti sayəsində uğurlu və məhsuldar olub.

Rusiya Federasiyası Müdafiə Nazirinin qeyd etdiyi kimi, ukraynalı diversantların qarşısı alınıb və məğlub edilib, qalıqları isə tamamilə məhv edilənə qədər yenidən Ukrayna ərazisinə atılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə