Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı mayın əvvəlində Rusiya hərbçilərinin Xerson yaxınlığındakı Posad-Pokrovskoye kəndinin komanda məntəqəsinə endirdiyi raket zərbəsi nəticəsində başından çoxsaylı qəlpə yarası alıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri çərşənbə günü, mayın 24-də məlumatlı mənbələrə istinadən RİA Novosti yayıb.
Rus saytlarının yazdığına görə, Zalujnıya ilkin tibbi yardım Nikolayevdə göstərilib. Sonra Kiyevdə kəllə sümüyünün trepanasiyası ilə ağır əməliyyat keçirib.
“Nikolayevdə Zalujnıya qanaxmanı dayandırmaq üçün ilk yardım göstərilib. O, Kiyev hərbi hospitalında kraniotomiya əməliyyatı keçirib”.
Qeyd edək ki, bunu rusların məlumatlı mənbələri bildirib.
...Həmən o məlumatlı mənbə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının yaşayacağını bildirsə də, lakin onun xidmətini davam etdirib və Ukrayna ordusunun komandanı kimi fəaliyyət göstərə bilməyəcəyini bəyan edib.
Yeri gəlmişkən, Ukrayna rəsmiləri Zalujnının sağ və iş başında olduğuna dair heç bir sübut təqdim etmədən onun yaralanması və ya ölməsini sözlə inkar edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB