Bu arada Gürcüstanın baş nazirinin Qətərdə keçirilən forumda səsləndirdiyi bəyanatı şərh edən Ukrayna Ali Radasının deputatı, “Avropa Həmrəyliyi” fraksiyasının üzvü Aleksiy Qonçarenko, bunu “iyrənc” adlandırıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Qaribaşvili forumda Rusiya ilə təkcə Gürcüstanın deyil, elə Avropa İttifaqı ölkələrinin də ticarət etdiklərini xatırladıb.
Və o, ukraynalı siyasətçilərin guya Gürcüstanı da münaqişəyə sürükləmək istədiklərini bəyn edib.
“...Herakli, (...Qonçarenko yoldaşsız filansız Qaribaşviliyə müraciət edib-A.B.) bizdə olduğu kimi, sizdə də ərazinizin bir hissəsi Rusiya tərəfindən işğal olunub. Amma biz bunu (...sizdən fərqli olaraq-A.B.) düzəltmək üçün mübarizə aparırıq. Siz isə dövlətinizi Rusiya Federasiyasının içərisinə çəkirsiniz ki, qalan hər şey də işğal olunsun. Təbii ki, söhbət ancaq ticarətdən gedir? İrakli cəsədini Rusiya səfirliyində satır. O, bütün Gürcüstanın da bunu etməsini istəyir”. Qonçarenko bunu Telegram kanalında yazıb.
Qeyd edək ki, ukraynalı siyasətçi Aleksiy Qonçarenko, “Facebook” sosial şəbəkəsində gürcü dilində yazı dərc edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB