ABŞ-ın Nyu-Cersi ştatında (Nyu-Cersi ABŞ-ın şimal-şərqində, Atlantik okeanının sahilində, uzunluğu 209 kilometr olan ştatdır-A.B.) müsəlmanlara qarşı diskriminasiya şikayətləri keçən 2022-ci ildə 46 faiz artıb.
ABŞ-ın ən böyük müsəlman vətəndaş hüquqları təşkilatı olan Amerika-İslam Münasibətləri Şurasının Nyu-Cersi bürosu “Məhkəmənin kənarında” adlı illik insan haqları hesabatını yayınlayıb.
Hesabatda 2022-ci ildə Nyu-Cersidə müsəlmanlara qarşı “ayrı-seçkilik” şikayətlərinin əvvəlki ilə nisbətən 46 faiz artdığı bildirilir. Ən böyük şikayət kateqoriyasını 22,4 faizlə iş mühitində, 18,4 faizlə məşğulluq və müraciətlərdə ayrı-seçkilik təşkil edir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, məktəblərdə müsəlman şagirdlərə qarşı zorakılıq, anti-müsəlman kurikulum və müəllimlərin qərəzliliyi də ən böyük şikayət kateqoriyalarındandır.
Hesabat müəllifləri ABŞ-da 2001-ci il 11 sentyabr hadisələrindən sonra açıq anti-müsəlman əhval-ruhiyyəsinin ölkədə 20 il sonra da davam etdiyinə diqqət çəkilib və müxalifətin “gizli qərəz” formasına çevrildiyi qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB