Rusiyadan Qərbə Ukraynaya veriləcək “F-16”-larla bağlı xəbərdarlıq...

Rusiyadan Qərbə Ukraynaya veriləcək “F-16”-larla bağlı xəbərdarlıq...

...Əgər Qərb Ukraynanı “F-16” qırıcıları ilə təmin edərsə, bu, münaqişənin gərginləşməsinin və Avropa qitəsində vəziyyətin sabitliyinin pozulmasının növbəti mərhələsi olacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mayın 24-də keçirdiyi brifinqdə xəbərdarlıq edib.

Diplomatın sözlərinə görə, Qərb tərəfdaşları qırıcıların Kiyevə verilməsinin hansı fəsadlara gətirəcəyini yəqin ki, hesablamırlar.

Zaxarovanın fikrincə, Qərbin Amerikanın ardınca getmələri görünür, sadəcə olaraq, belə təcrübələrin onlar üçün necə bitəcəyini dərk etmirlər.

Xatırladaq ki, Avropa İttifaqı diplomatiyasının rəhbəri Josep Borrell “F-16” qırıcılarının Ukraynaya çatdırılmasına tez bir zamanda başlanacağına ümid edir.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələri “F-16” qırıcılarını nə üçün almaq istədiklərini açıqlamışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə