ABŞ-da yazıçı E.Jean Karroll keçmiş prezident Donald Trampın 1995-ci ildə mağazanın paltardəyişmə otağında ona cinsi təcavüz etdiyinə görə açdığı məhkəmədə qalib gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə Trampı cinsi istismara məruz qoyduğuna və iddiaçıya “yalançı” kimi böhtan atdığına görə Karrolla 5 milyon dollar təzminat ödəməyə məhkum edib. Tramp qərardan apelyasiya şikayəti verəcəyini desə də, Karroll ayrıca məhkəməyə müraciət edərək bu dəfə keçmiş prezidentə 10 milyon dollar təzminat tələb edib. Müəllifin əsaslandırması ondan ibarətdir ki, Tramp cinsi təcavüz ittihamını “bədbəxt, saxta, axmaq iş” adlandıraraq təhqir edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB