Yaponiyanın NATO ilə bağlı planları məlum olub

Yaponiyanın NATO ilə bağlı planları məlum olub

“Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur və Şimali Atlantika Alyansının ölkədə nümayəndəliyinin açılması ilə bağlı qərar hələ verilməyib”. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Fumio Kişida parlamentin Yuxarı Palatasının plenar iclasında deputatların suallarını cavablandırarkən deyib:

“Yaponiyanın NATO-ya nə daimi, nə də assosiativ üzv kimi daxil olmaq planları var”.

Eyni zamanda, o, beynəlxalq nizamın hazırda üzləşdiyi çətin çağırışları nəzərə alaraq ölkəsinin NATO-ya üzv dövlətlər və onların müttəfiqləri ilə əməkdaşlığı gücləndirməyə davam edəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə