Xaricdə səsvermə bu gün başa çatır

Xaricdə səsvermə bu gün başa çatır

Bu vaxta qədər Türkiyə xaricində prezident seçkilərinin ikinci turu üçün 1 733 940 seçici səs verib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ali Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, xaricdə səsvermə bu gün başa çatır. 28 may saat 17.00-a qədər gömrük məntəqələrindəki səsvermə prosesi isə davam edəcək.

Xatırladaq ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə