Beynəlxalq Buker Mükafatının qalibi məlum olub

Beynəlxalq Buker Mükafatının qalibi məlum olub

Nüfuzlu ədəbiyyat mükafatlarından biri olan Beynəlxalq Buker Mükafatının qalibi məlum olub. SİA mükafatın rəsmi saytına istinadən xəbər verir ki, ümumilikdə Bolqarıstan, İspaniya, Kot-d'İvuar, Meksika, Fransa və Cənubi Koreyadan olan müəlliflər 2023-cü ilin qalibi olmaq adına yarışıblar.

Nəticə etibarilə, bolqarıstanlı Georgi Qospodinovun "Zaman sığınacağı" romanı 2023-cü il Beynəlxalq Buker Mükafatının qalibi olub.

Xatırladaq ki, ki, qalib romandan əlavə, Eva Baltasarın “Qaya”, Qvadelupe Nettelin "Yenicə doğulmuş", QauZ təxəllüsü ilə yazan Patrik Arman-Qbaka Bredenin “Mütəmadi ağır”, Çeon Myan Kvanın “Balina”, Mariz Kondenin “Yeni dünyanın İncili” əsərləri də mükafatın qısa siyahısına düşüb.

Qeyd edəjk ki, mükafat 1969-cu ildə təsis olunub və əvvəllər iki ildən bir verilib. 2016-cı ildən isə mükafat hər il təqdim olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə