Baxmut yaxınlığında döyüşlər davam edir

Baxmut yaxınlığında döyüşlər davam edir

Rusiya qüvvələri Ukraynanın Baxmut şəhərinin böyük bir hissəsinə nəzarət edir. SİA xəbər verir ki, bunu Pentaqonun sözçüsü general Patrik Rayder deyib.

"Lakin bizim qiymətləndirməmizə görə, ukraynalılar Baxmut yaxınlığında döyüş əməliyyatlarını davam etdirir", - Rayder bildirib.

Qeyd edək ki, Rusiyanın “Vaqner” muzdlularının sahibi Yevgeni Priqojin şəhərin tamamilə ələ keçirildiyini bildirib. Ukrayna məlumatları təkzib edir.

Bütün xəbərlər Facebook səhifəmizdə