Ərdoğan Kılıçdaroğlunu siyasi uğursuzluqda ittiham edib

Ərdoğan Kılıçdaroğlunu siyasi uğursuzluqda ittiham edib

Türkiyə prezidenti deyib ki, qarşıdan gələn prezident seçkilərində rəqibinin Rusiya ilə bağlı açıqlamaları onun siyasi uğursuzluğundan xəbər verir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətin namizədi Kamal Kılıçdaroğlunun siyasətdən anlamadığına əmin olduğunu bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bununla bağlı indiki dövlət başçısı ona məzuniyyətə getməyi tövsiyə edib. Türkiyə dövlətinin başçısı Kılıçdaroğlunun Rusiyaya açıqlamalarına belə münasibət bildirib.

“Cənab Kamal mənim cənab Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibət saxlamağımdan narazıdır. Kılıçdaroğlu Qərbin əmrlərinə tabe olacağını və Putinə qarşı sanksiyalar tətbiq edəcəyini deyir. Sizin siyasətdən qətiyyən anlayışınız yoxdur, cənab Kamal, get dincəl. Siyasət aləmində bu iş olmaz”.

Bunu deyən Ərdoğan daha sonra Ankaranın bütün dünya ölkələri ilə əlaqə saxlayıb və saxlayacağını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə