Baxmutdakı itkilər Zelenski üçün gələcəkdə ciddi problemə çevrilə bilər?
Baxmutda ukraynalı əsgərlər arasında ağır itkilər Ukrayna prezidenti Vladimir Zelenski üçün gələcəkdə ciddi problemə çevrilə bilər.
SİA-nın əldə etdiyi məlumata görə, Türkiyənin “Cümhuriyyət” qəzetinin köşə yazarı Berktay Dəniz siyasətçinin əsas səhvindən danışıb.
...Zelenski hərbçilərin geri çəkilmək təklifinə baxmayaraq, Baxmutda israrla qalıb və çoxlu sayda ukraynalı döyüşçünü itirib.
Zelenski bu şəhərin azad edilməsini də Rusiyanın NATO üzərində qələbəsi adlandırıb. Bu, Baxmutda şəhərinin nəqliyyat şəbəkələrinin kəsişməsində yerləşməsi ilə əlaqədardır. Döyüşlərin intensivliyi bu qəsəbəni münaqişənin simvoluna çevirib.
224 günlük döyüşlərdən sonra Baxmutun tam ələ keçirilməsi mayın 20-də şənbə günü məlum oldu. Şəhərin Rusiya qüvvələri tərəfindən tutulması ilə bağlı məlumat sonradan Müdafiə Nazirliyi tərəfindən də təsdiqlənib. Eyni zamanda, əvvəllər Donetsk Xalq Respublikasının başçısı səlahiyyətlərini icra edən Denis Puşilin şəhərin bərpasının məqsədəuyğun olduğunu, çünki orada insanlar yaşayacağını bildiriblər.
Yeri gəlmişkən, mayın 23-də Puşilin bölgənin bayrağını Baxmutda sağ qalmış inzibati binalardan birinin üzərinə qaldırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB