Baxmutu tutulduqdan sonra Slavyansk, Konstantinovka və Kramatorsk üzərində körpü başlığı açılır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu mayın 23-də özünün Telegram kanalında yayımladığı videomüraciətdə Donetsk Xalq Respublikasının rəhbəri vəzifəsini icra edən Denis Puşilin bildirib.
Eyni zamanda, siyasətçi vurğulayıb ki, bu yaşayış məntəqələrinin alınması planlarının hərbi idarənin səlahiyyətində olduğunu bildirib.
Ona görə də indi heç kim bu haqda danışmayacaq.
Qeyd edək ki, Puşilin Baxmutda bərpası üçün qarşıda çox iş olduğunu da deyib.
“İndi biz Rusiyanın Baxmut şəhərini yenidən bərpa edəcəyik. Təcrübəmiz var, komandamız var, Rusiyanın hər yerindən dəstəyimiz var - biz bunun öhdəsindən gələ bilərik”-deyən Puşilin bundan əvvəl Baxmutda ilkin minalardan təmizləmə işlərinə başlandığını da elan edib.
Yeri gəlmişkən, Donetsk Xalq Respublikasının rəhbərinin səlahiyyətlərini icra edən müşavir Yan Qaqin bir müddət bundan əvvəl Baxmutda Ukrayna Silahlı Qüvvələri hərbçilərinin hələ də qaldığını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB