Aleksandr Lukaşenko hələ ki, ölməyə hazırlaşmır...

Aleksandr Lukaşenko hələ ki, ölməyə hazırlaşmır...

Belarus prezidenti Aleksandr Lukaşenko xəstəliyi ilə bağlı şayiələrə münasibət bildirərək, bu cür mübahisələrə son qoymağa çağırıb və hələ ki, ölməyə hazırlaşmadığına əminlik bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, prezidentin dedikləri respublika başçısının mətbuat xidmətinə yaxın "Birincilər hovuzu"nun Telegram kanalında dərc olunub

“Əgər kimsə mənim öləcəyimi düşünürsə, sakitləşin. Sakit olun! Çünki bu, messencerlərdə və teleqram kanallarında boş fikir yürütməkdən başqa bir şey deyil. Adenovirus və ya orada nə var idi? Adenovirus... Əslində isə heç nə”-deyə Lukaşenko bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə