Ruslar iflas üçün getdikcə daha çox məhkəmələrə müraciət edirlər

Ruslar iflas üçün getdikcə daha çox məhkəmələrə müraciət edirlər

Ruslar iflas üçün getdikcə daha çox məhkəmələrə müraciət edirlər. Rusiya Federasiyası Ali Məhkəməsinin sədri Vyaçeslav Lebedevin sözlərinə görə, 2023-cü ilin birinci rübündə arbitraj məhkəmələri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30 faiz çox iflas işlərinə baxıb. SİA bu barədə rus saytlarına istinad edir.

Bu baxımdan, Lebedevin fikrincə, iflas qanunvericiliyini daha da təkmilləşdirmək, məhkəmə prosedurlarını sadələşdirmək və sürətləndirmək, unifikasiya etmək lazımdır. O əlavə edib ki, ruslardan borcların alınması ilə bağlı işlərin sayı da 23 faiz artıb.

Bu arada Lebedevin məlumatlarını şərh edən “Genesis” hüquq firmasının ortağı Artem Denisov “Kommersant”a bunun ölkədəki iqtisadi vəziyyətlə heç bir əlaqəsi olmadığını deyib.

Ekspertə görə, çox güman ki, məhkəmələr əvvəlki dövrlərin işlərinə baxıblar. Onun sözlərinə görə, məhkəmələr mürəkkəb müflisləşmə işlərinə baxmağa tələsmirlər, ona görə də belə işlərə baxılması kifayət qədər uzun müddətə təxirə salınır. Müvafiq olaraq, iflas prosedurunun özü ilə bağlı yekun akt da dəyişdirilir.

...Birinci rübdə hüquqi şəxslərin müflisləşməsi ilə bağlı işlərin sayı da artıb və bundan sonra da artacaq.

Yeri gəlmişkən, “Opora Rossii” Moskva şəhər filialının Sahibkarların Hüquqlarının Müdafiəsi Bürosunun rəhbəri Aleksey Petropolski deyir bunu.

O xatırladıb ki, pandemiya zamanı iflasa moratorium qoyulmuşdu ki, indi belə bir prosesə başlamaq üçün çoxlu vaxt lazımdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə