Nümayəndələr Palatasının spikeri defoltda Baydeni ittiham edib

Nümayəndələr Palatasının spikeri defoltda Baydeni ittiham edib

Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ABŞ prezidenti Baydeni qaçılmaz defoltda ittiham edib.

Birləşmiş Ştatlarda yaxın günlərdə qaçılmaz olaraq defolt baş verəcək və buna Amerika prezidenti Cozef Bayden cavabdehdir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti özünün “Twitter” səhifəsində yazıb.

“...Bayden borc tavanının üzərinə düşəni yerinə yetirdiyini və defoltda günahlandırıla bilməyəcəyini təkid edərək tarixi yenidən yazmağa çalışır. Əslində, o, yüz gündən çox danışıqlar aparmaqdan imtina etdi”-deyən konqresmen ABŞ-da defoltun doqquz günə gələcəyini proqnozlaşdırıb.

Bundan əvvəl “The Economist” jurnalı, rekord dövlət borcuna görə ABŞ defoltla və ya dövlət xərclərinin kəskin azalması ilə üzləşə biləcəyini qeyd etmişdi.

Qəzet qeyd edir ki, hər iki ssenari qlobal iqtisadiyyatı təhdid edir.

Qeyd edək ki, aprel ayında Makkarti ABŞ-ın dövlət borcunun məsuliyyətli hərəkətlərin olmaması səbəbindən partlayacaq bir bomba kimi olacağını söyləmişdi.

Onun fikrincə, Cozef Bayden bu problemi həll etmək üçün “heç nə etməyib”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə