Rusiya-Ukrayna münaqişəsi Ukraynanın Aİ-yə üzvlüyü ilə bitəcək

Rusiya-Ukrayna münaqişəsi Ukraynanın Aİ-yə üzvlüyü ilə bitəcək

Almaniya kansleri Olaf Şolz bildirib ki, Rusiya-Ukrayna münaqişəsi Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bitəcək. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Kommersant” yerli KİV-ə istinadən yazır.

Şolzun ​​fikrincə, Ukraynanın Avropa Birliyinə tamhüquqlu üzv olması ilə “qitəmizin tarixində kədərli bir səhifə” başa çatacaq.

Xatırladaq ki, ötən gün Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel Ukrayna lideri Vladimir Zelenskiyə 2023-cü ilin sonunda Ukraynanın Avropa İttifaqına daxil olması perspektivlərinin müzakirəsinə başlayacağına bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə