"Ukrayna işinin öhtəsindən yaxşı gəlir"

Avropa Birliyi Orbanın qalmaqallı bəyanatına cavab verib
"Ukrayna işinin öhtəsindən yaxşı gəlir"

Avropa İttifaqı ayrı-ayrı ölkələrin bəzi liderlərinin Rusiyanın başlatdığı müharibədə Ukraynanın qalib gələ bilməyəcəyi ilə bağlı bəyanatları ilə razılaşmır.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, UNİAN-ın müxbirinin verdiyi məlumata görə, bunu Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Avropa İttifaqı Şurasının müdafiə nazirlərinin iştirakı ilə keçirilən iclasından sonra keçirilən brifinqdə deyib.

“Nazirlər Ukraynanın bu müharibədə qalib gələ bilməyəcəyini və ona görə də biz onu dəstəkləməyi dayandırmalıyıq deyən bəzi insanlarla razılaşmırlar. Xeyr! Əksinə. Ukrayna yaxşı gedir. Bu, Putinin sürətli qələbə planlarını qarışdırır. Ukrayna özünü müdafiə etməyi bacarır”.

Qeyd edək ki, Borrell bunu deməklə Macarıstanın baş naziri Viktor Orbanın açıqlamalarına eyham vurub.

Xatırladaq ki, Macarıstan baş nazirinin Ukraynaya qarşı mövqeyi çoxdan məlumdur. Son vaxtlar onun Ukrayna ilə bağlı qalmaqallı açıqlamaları getdikcə daha çox Kremlin təbliğatını xatırladır.

Belə ki, bu gün Orban əmin olduğunu bildirib ki, Ukraynanın Rusiya təcavüzünü dəf etmək səyləri uğursuzluğa məhkumdur və Qərbin gələcək yardımı yalnız daha çox qurbanlara səbəb olacaq.

...Və Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenko Orbana cavab olaraq qeyd edib ki, onun bəyanatları yanlışdır və ona ancaq Kreml sevinir. Nikolenko vurğulayıb ki, Ukrayna əraziləri Rusiya işğalından tam azad olunana qədər mübarizəni davam etdirəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə