Marşall adaları bayrağı çəkilmiş “Sirena” kruiz gəmisi Antalyanın Alanya qəsəbəsində lövbər salıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Rodos adasını ziyarət etdikdən sonra Antalya istiqamətində üzməyə başlayan 181 metr uzunluğundakı nəhəng kruiz gəmisi səhər vaxtı Alanyaya çatıb.
Alanya limanına yanaşan gəminin göyərtəsində əksəriyyəti amerikalı olmaqla 641 turist və 385 personal gömrük rəsmiləşdirilməsindən sonra gəmidən düşüb.
Turistlərin bir qismi ətrafdakı tarixi abidələri görmək üçün turlara qatılıb, bir hissəsi də rayon mərkəzinə gedərək alış-veriş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB