Baxmut bölgəsində indi nə qədər rus hərbçisi var?

Baxmut bölgəsində indi nə qədər rus hərbçisi var?

Hazırda Baxmut bölgəsində 40 mindən çox rus işğalçısı döyüşür. Amma qeyd edilməlidir ki, düşmən hər gün bu istiqamətdə itkilər qeyd edir.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu RBC-Ukraynaya müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun nümayəndəsi, polkovnik Sergey Çerevatı deyib.

O əlavə edib ki, cəbhənin bu hissəsində 250-yə yaxın tank, 300-ə qədər artilleriya qurğusu və 150-dək MLRS var.

“...İtkilərə gəlincə, dünən Cozef Bayden təxminən 100 min ölü və yaralı olduğunu bəyan etdi. Bundan əvvəl kontr-admiral Con Kirbi də 100 mindən danışmışdı. Onun sözlərinə görə, onlardan 20 mini mütləq ölümcül qurbanlardır.

Ukraynanaın müdafiə naziri Aleksey Reznikov da itkilərdən danışarkən 70 mindən artıq zərərçəkəndən danışıb”.

Bunları bildirən Çerevatının sözlərinə görə, rusların gündəlik itkilərini nəzərə alsaq, bütün bu rəqəmlər tamamilə aktualdır. Söhbət 100-dən çox ölən və eyni sayda yaralanandan gedir.

“Son 24 saat ərzində (21-22 may) rəqəm 120 ölü və 144 yaralıdır. Bu, sadəcə, orta rəqəmdir. Bu, Baxmut və onun ətrafı haqqındadır”.

Bunu da polkovnik Sergey Çerevatı deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə