Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin qrupları hələ də Baxmutda qalır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Rossiya-1” telekanalının efirində danışan Donetsk Xalq Respublikasının rəhbəri səlahiyyətlərini icra edənin müşaviri Yan Qaqin, bu döyüşçüləri ukraynalıların geri çəkilərkən guya unudulmuş və tərk edilmişləri kimi təqdim edir.
Onun sözlərinə görə, belə qrupları onlar şəhərin təmizlənməsi zamanı müəyyən edirlər.
“Bəzi ukraynalı hərbçilərin Baxmutda olmasına gəlincə, bunlar sistem vahidləri deyil. Nə desələr də, guya bunların hələ də Baxmutu idarə etməyə çalışdıqlarına gəlincə, yox, bu yalandır”.
Bunu Denis Puşilinin müşaviri “RİA Novosti”yə bildirib.
Xatırladaq ki, Denis Puşilin Baxmutun ilkin minalardan təmizlənməsinə başlandığını elan etmişdi.
Bundan əvvəl isə Rusiya Müdafiə Nazirliyi Baxmut şəhərinin tam Rusiya qüvvələrinin nəzarəti altında olduğunu bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB