Türkiyənin daxili işlər naziri suriyalı qaçqınların sayını açıqlayıb
Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədə olan suriyalı qaçqınların sayını açıqlayıb. SİA xəbər verir ki, Soylu bu barədə “CNN türk”ün efirində danışıb.
Onun sözlərinə görə, ölkədə hazırda ümumi olaraq 3 milyon 381 min 429 suriyalı var. Nazir bununla ölkədə 10 milyon suriyalının olduğunu iddia edən CHP lideri Kamal Kılıçdaroğluna cavab verib. Kılıçdaroğlu Türkiyəyə daha 10 milyon suriyalının da gələcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB