“Netflix” məşhur “Squid Game” seriyasına əsaslanan və “Squid Game: The Challenge” adlı müsabiqənin rəsmi buraxılış tarixi açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, məşhur platforma layihənin bu ilin sonunda tamaşaçılarla görüşəcəyini qeyd edib. “Squid Game: The Challenge” 2023-cü ilin noyabrında çıxacaq.
Bildirilir ki, yarışma 10 epizoddan ibarət olacaq və 4,56 milyon dollarlıq baş mükafat üçün 456 rəqib çətin oyunlara qatılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB