Ukrayna Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib - FOTO

Ukrayna Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib - FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 204 360 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 789 tank, 7 419 zirehli maşın, 3 318 artilleriya sistemi, 565 reaktiv yaylım atəşi sistemi, 327 hava hücumundan müdafiə sistemi, 309 təyyarə, 295 helikopter, 2 864 PUA, 1015 qanadlı raket, 18 gəmi/qayıq, 6 139 avtomobil texnikası və avtosistern, 433 xüsusi texnikadan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə