Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Çində səfərdədir.
SİA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Baş naziri Şanxayda keçirilən Rusiya-Çin biznes forumunda çıxış edəcək.
Mixail Mişustin mayın 24-də işini Pekində davam etdirəcək. Onun Çin Xalq Respublikasının Sədri Si Cinpin və Dövlət Şurasının sədri (Baş nazir) Li Çian ilə görüşləri nəzərdə tutulur.
Görüşlərdə ticari-iqtisadi əlaqələrin genişləndirilməsi məsələsi müzakirə ediləcək, sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı sahəsinə xüsusi diqqət ayrılacaq. Yekunda ikitərəfli sazişlər imzalanacaq
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB