Türkiyənin Bakıdakı səfirliyi ilə Naxçıvan və Gəncədəki baş konsulluqlarında prezident seçkilərinin ikinci turu üzrə səsvermə prosesi başa çatıb. SİA “TRT”yə istinadən xəbər verir ki, verilmiş səslərin olduğu seçki bülletenləri və zərflər seçki qutularına qoyulub. Həmçinin, seçki qutusu komissiyaların üzvləri və onların müşahidəçilərinin nəzarəti altında möhürlənib.
Bakıda 9, Gəncədə 3, Naxçıvanda 3 olmaqla ümumilikdə 15 seçki qutusunda səs verilib.
Bakı səfirliyində 7 417, Gəncə konsulluğunda 2 277, Naxçıvan konsulluğunda isə 1 349 nəfər olmaqla ümumilikdə Azərbaycanda 11 043 seçici qeydiyyatdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB