Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Ukraynanın hüquq müdafiəçiləri Rusiya hərbçiləri tərəfindən azı, hələ ki, məlum olan 79 cinsi təcavüz üzrə cinayət işi açıb.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, qurbanlar arasında qadınlar, uşaqlar və hətta kişilər də var.
Qeyd edilir ki, Rusiya Federasiyasının hərbçiləri tərəfindən törədilən cinsi zorakılığın ən yaşlı qurbanının 82 yaşı var. Rusiya Federasiyasının hərbçiləri tərəfindən uşaqlara qarşı cinsi zorakılıq faktı ilə bağlı 13 cinayət işi başlanıb. 8 cinayət işi üzrə zərərçəkmiş uşaqlar müəyyən edilib, onlardan ən kiçiyinin 4 yaşı var.
Onu da qeyd edək ki, bu barədə Ukrayna Milli Polisinin rəhbəri İvan Vıqivski öz “Facebook” səhifəsində yazıb.
O vurğulayıb ki, müharibə zamanı cinsi zorakılıq heç bir məhdudiyyət müddəti olmayan cinayətdir. Bu, qurbanlar üçün ən travmatik hadisələrdən biridir, ona görə də tez-tez belə cinayətlər uzun müddət gizli qalır.
Vıqivskinin sözlərinə görə, polis işğaldan azad edilmiş ərazilərin işlənməsinə maksimum dərəcədə cəlb olunub. Kiyev, Çerniqov, Sumı, Xarkov, Donetsk, Zaporojye, Nikolayev və Xerson vilayətlərinin işğaldan azad edilmiş ərazilərində cinsi cinayətlərin aşkar edilməsi və aradan qaldırılması üçün 8 ixtisaslaşmış mobil polis qrupu yaradılıb.
Milli Polisin rəhbəri qeyd edib ki, münaqişə zamanı cinsi zorakılıq cinayətləri beynəlxalq humanitar hüquq normalarının, Cenevrə Konvensiyalarının pozulmasıdır, amma...bundan ruslara nə?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB