“Zelenskinin Baxmutu geri almaq istəyi fəlakətlə nəticələnə bilər?”

“Zelenskinin Baxmutu geri almaq istəyi fəlakətlə nəticələnə bilər?”

Zelenskinin Baxmutu saxlamaq qərarı və şəhərin sonradan itirilməsi fəlakətli nəticələrə səbəb oldu.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikri “Judging Freedom” YouTube kanalına müsahibəsində Pentaqonun rəhbərinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor bildirib.

“Baxmutu saxlamaq cəhdi Ukrayna üçün fəlakətə gətirib çıxardı və Kiyev üçün dönüş nöqtəsi oldu”-deyən Makqreqora görə, bu şəhər uğrunda döyüşdən münaqişədə dönüş nöqtəsi kimi danışılacağını bildirib.

İstefada olan polkovnik qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin mənəvi-psixoloji vəziyyətini qorumaq cəhdlərinə baxmayaraq, qoşunlar ağır itkilər verməkdə davam edir. Və bu qəsəbənin itirilməsi Ukraynaya ciddi zərbə oldu ki, bu da Ukrayna ordusunda əhval-ruhiyyəyə təsir göstərə bilər.

Maraqlıdır ki, Duqlas Makqreqor oxşar taktikaların artıq bir dəfə alman qoşunlarının məğlubiyyətinə səbəb olduğunu bir daha xatırladıb.

Belə ki, sabiq hərbçi Kiyev rejiminin rəhbəri Vladimir Zelenskinin bir vaxtlar Hitler ordusunun Stalinqradda məğlubiyyətinə səbəb olan eyni səhv strategiyaya sadiq olduğunu bildirir.

Ona görə də, Makqreqorun fikrincə, Zelenskinin Baxmutu geri almaq istəyi fəlakətlə nəticələnə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə