Rusiyada vətəndaş müharibəsi başlayıb.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu sözləri hərbi ekspert Oleq Jdanov Rusiya Federasiyasının Belqorod vilayətində baş verənləri şərh edərkən deyib.
Onun dediyinə gərə, bu gün səhər saatlarında Belqorod vilayətində hərbi əməliyyatlar başlayıb.
İki birləşmə (...təbii ki, Jdanov burada “Rusiya Azadlığı Legionu” və “Rusiya Könüllülər Korpusu”nu nəzərdə tutur-A.B.) Rusiya Federasiyasını Putin rejimindən azad etməyə başladığını elan edib.
Jdanova görə, onun (təkcə onunmu-?) proqnozları artıq reallaşmağa başlayır(?). Hərbi ekspertin dediyinə görə, o, hələ müharibənin ilk aylarından Rusiya Federasiyasında hər şeyin vətəndaş müharibəsi ilə bitəcəyini deyibmiş.
...Budur - Rusiyada vətəndaş müharibəsi başlayıb. Ruslar Rusiya Federasiyasını Putin rejimindən azad edir – deyən Jdanovun sözlərinə görə, Ukrayna ilə sərhəddə hadisələr çox sürətlə inkişaf edir.
“...Onlar (“Rusiya Azadlığı Legionu” və “Rusiya Könüllülər Korpusu”nu nəzərdə tutulur-A.B.) Qayvoron bölgəsindəki nəzarət-buraxılış məntəqəsindən başlayıb, sonra da Belqoroda doğru hərəkət edirlər. Son məlumata görə, Qayvoron şəhəri və Qora-Podil uğrunda döyüşlər gedir”-deyən Jdanov əvvəlcə Rusiya rəhbərliyinin silahlı qarşıdurma faktını etiraf etmək istəmədiyini, lakin sonradan bəyan etmək məcburiyyətində qaldığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB